ƏLAQƏ
Bir mesaj — gerisi bizdə
Hansı kanal sizə rahatdırsa, oradan yazın. 24 saat ərzində plan və qiymətlə cavab veririk.
Birbaşa yazın
Ən sürətli yol — mesaj atın, dərhal cavablayaq.
Və ya brif göndərin
Layihəniz haqqında bir neçə cümlə yazın — hazırlıqlı cavab verək.
TEZ-TEZ VERİLƏN SUALLAR
Ən çox soruşulanlar
Cavabı burada tapmadınız? Yazın — 24 saat ərzində cavablayırıq.
01Sayt neçəyə başa gəlir?
Qiymət layihəyə görə hesablanır — səhifə sayından və funksionaldan asılıdır. Brifdən sonra dəqiq məbləği pulsuz hesablayırıq.
- Qiymət səhifə sayı və funksionaldan asılıdır
- Brifdən sonra dəqiq hesablama — pulsuz
- Gizli ödəniş yoxdur
02Neçə günə hazır olur?
Lendinq 5–7 iş günü, korporativ sayt 2–3 həftə, onlayn mağaza 4–6 həftə.
- Dəqiq vaxtı brifdə razılaşırıq
- Hər mərhələdə sizi məlumatlandırırıq
- Məzmunu vaxtında versəniz, tez bitir
03Domeni kim alır?
Domeni sizin adınıza biz alırıq — mülkiyyət sizdə qalır, bizdə yox.
- .az, .com və digər zonalar
- Ödənişi və müddəti brifdə razılaşırıq
- Bütün girişlər sizə təhvil verilir
04Hostinq və SSL necə olur?
Hostinqi və SSL sertifikatını biz seçib quraşdırırıq — qeydiyyat sizin adınıza.
- Şərtləri və qiyməti brifdə dəqiqləşdiririk
- İstəsəniz öz hostinqinizə köçürürük
- Ehtiyat nüsxə sistemi quraşdırılır
05Saytı özüm idarə edə bilərəm?
Bəli. Hər layihəyə admin panel daxildir — proqramçı çağırmadan dəyişiklik edirsiniz.
- Mətn, şəkil, məhsul, xəbər
- Təhvil zamanı video təlimat
- 30 gün pulsuz texniki dəstək
06Neçə dəfə düzəliş edə bilərəm?
Dizayn mərhələsində iki dəfə pulsuz düzəliş daxildir. Bundan sonrakı dəyişiklikləri birlikdə qiymətləndiririk.